Aİ sülhməramlılarını daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - Anbaan video

ai-sulhmeramlilarini-dasiyan-helikopter-qezaya-ugradi
Oxunma sayı: 1240

Bosniya və Herseqovinanın şimalındakı Brçko bölgəsində Avropa İttifaqının Sülhməramlı Missiyasına (EUFOR) məxsus hərbi helikopter qəzaya uğrayıb. Faciə nəticəsində 4 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Qafqazinfo”nun xəbərinə görə, EUFOR-dan verilən rəsmi açıqlamada helikopterin planlaşdırılmış adi əməliyyat tapşırığını yerinə yetirərkən qəzaya uğradığı bildirilib.

Qəza yerinə dərhal xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub, ərazi nəzarətə götürülüb. Zərbənin gücündən helikopterin tamamilə məhv olduğu bildirilir. Yaralılar təxirəsalınmaz şəkildə xəstəxanalara yerləşdirilib.

Qəzaya uğrayan hava nəqliyyat vasitəsindəki bütün hərbçilərin İtaliya silahlı qüvvələrinin mənsubları olduğu müəyyən edilib.

Hazırda qəzanın başvermə səbəblərinin araşdırılması istiqamətində təhqiqat aparılır.