Pamela Anderson Putindən kömək istədi

pamela-anderson-putinden-komek-istedi
Oxunma sayı: 3530

Tanınmış amerikalı aktrisa, model və heyvan müdafiəçisi Pamela Anderson Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Pamela Anderson Rusiyanı Antarktidanın kəşf edilməsinin 200 illiyi münasibətilə təbrik edib və Vladimir Putindən altıncı kontinentin təbiətinin qorunub saxlanılmasında köməklik göstərməsi üçün xahiş edib.

“Mən sizi Rusiyanın regiondakı tarixi irsinin gələcəyini möhkəmləndirməyə və Cənub okeanının müdafiəsində durmağa çağırıram”, - aktrisanın məktubunda deyilir. Andersonun fikrincə, 200 il sonrakı Antarktida və Cənub okeanı Bellinsqauzen və Lazarevin gördüklərindən çox fərqlənir.

“Hazırda region kəskin iqlim böhranı və biomüxtəlifliyin itirilməsini yaşayır. Qlobal cəmiyyət olaraq, biz bu qiymətli vəhşi təbiətin gələcəkdə də yaşamasını təmin etmək üçün tədbirlər görə bilərik”, - məktubda yazılıb.