İntensiv yağışlarda 278 nəfər təxliyə edilib - Video

intensiv-yagislarda-278-nefer-texliye-edilib
Oxunma sayı: 306

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu barədə “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.