Papanı Ağ Evə dəvət etdi

papani-ag-eve-devet-etdi
Oxunma sayı: 778

ABŞ Prezidenti Donald Tramp Papa XIV Leonu Ağ Evə dəvət edib.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt brifinqdə bildirib.

Trampın ilk amerikalı Papaya dəvəti bazar günü, XIV Leonun taxta çıxma mərasimi zamanı vitse-prezident Vens vasitəsilə məktubda çatdırılıb.

“Vitse-prezident Papaya prezidentdən və birinci xanımdan ən səmimi arzularını çatdıran və onu Ağ Evə dəvət edən məktub verdi”, - Levitt qeyd edib.