Paris Olimpiya Oyunlarından fransalı idmançılara qadağa

paris-olimpiya-oyunlarindan-fransali-idmancilara-qadaga
Oxunma sayı: 2522

Fransa idmançılarına 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında hicab taxmaq qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fransanın idman naziri Amelie Oudea-Kastera qonaq olduğu “France 3” kanalına danışıb.

O, 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab taxa bilməyəcəklərini bildirib.

Fransalı nazir idmanda sərt “dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını bildirib.