Parlament bu ölkələrlə viza rejiminin ləğvini - Təsdiqlədi

parlament-bu-olkelerle-viza-rejiminin-legvini
Oxunma sayı: 2149

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında vizadan azad olunma ilə bağlı sənədlər təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.

Nuranə Daxilqızı