Parlament Prezidentə müraciət etdi - Yenilənib

parlament-prezidente-muraciet-etdi
Oxunma sayı: 6829

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib. 

“Qafqazinfo” xəbər verir ki, gündəliyə daha bir məsələ əlavə edilib. 

Bu, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədədir.

***

Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciət edib. 

Müraciəti YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Məmmədov (Babaoğlu) oxuyub. 

***

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb. 

Bu barədə spiker Sahibə Qafarova bugünkü çıxışı zamanı deyib. Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib. 

Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub. 

Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.

***

​“Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Milli Məclisin qərar layihəsi hazırlanıb.

Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub.

***

Qərar layihəsi səsverməyə qoyularaq qəbul edilib. Onun lehinə 105 nəfər, əleyhinə isə 1 nəfər səs verib. 

Zaur Mirzə