Paşinyan 2 ildən sonra Türkiyəyə gedir

pasinyan-2-ilden-sonra-turkiyeye-gedir
Oxunma sayı: 2871

Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbula işgüzar səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Paşinyanı qəbul edəcək.

Qeyd edək ki, o, sonuncu dəfə 2023-cü ilin iyununda Türkiyədə səfərdə olub.