Paşinyan Putini İrəvan-Ankara münasibətləri barədə məlumatlandırdı

pasinyan-putini-irevan-ankara-munasibetleri-barede-melumatlandirdi
Oxunma sayı: 1789

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş son təmaslar barədə məlumat verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının praktiki aspektlərinin müzakirəsi davam etdirilib. Xüsusilə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.