Paşinyan Türkiyə ilə əlaqələrindən danışdı

pasinyan-turkiye-ile-elaqelerinden-danisdi
Oxunma sayı: 3396

“İrəvanla Ankara arasında dialoq prosesinin mövcudluğundan məmnunuq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir ölkəsinin Türkiyə ilə əlaqələrini bu cür şərh edib:

“Türkiyə ilə münasibətlərimizdə çox vacib bir şey baş verir, biz bir-birimizlə danışırıq. Hesab edirəm ki, Türkiyə lideri ilə dialoqumuz var”.

Paşinyan Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün daim təmasda olduqlarını bildirib:

“Bəzi məsələlərdə bir-birimizi səhv başa düşürük və mənfi enerji ortaya çıxır. Bizim Türkiyə ilə bir gündəmimiz olmalıdır təəssüf ki, bu mümkün sürətlə həyata keçirilmir”.