Paşinyana etiraz edən mer həbs olundu

pasinyana-etiraz-eden-mer-hebs-olundu
Oxunma sayı: 1744

Ermənistanın Mehri şəhərinin keçmiş meri Mxitar Zakaryan 2 aylıq müddətinə həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda onun vəkili Yerem Sarkisyan öz feysbuk səhifəsində məlumat verib. 

Vəkilin sözlərinə görə, polis Zakaryanı saxlayarkən güc tətbiq edib, onunla kobud davranıb.

Sarkisyan prosesin detalları və məhkəmənin qərarı barədə daha sonra ətraflı məlumat verəcəyini bildirib.

Qeyd edək ki, M. Zakaryanın da daxil olduğu “Ermənistan” seçki bloku keçən həftə öz nümayəndələrinə qarşı repressiyaların başladığını demişdi. Zakaryan iyulun 9-da istefa verib.

Xatırladaq ki, keçən il Ermənistanın müharibədə məğlub olmasının ardından Sünik bölgəsində (Zəngəzur - red.) Baş nazir Nikol Paşinyan və onun komandasına qarşı sərt tənqidlər baş qaldırmışdı. Hətta Paşinyan bir dəfə Sünikə səfər etdikdə sakinlər avtomobil yolunu kəsərək onun regiona səfərinə mane olmuşdular.

Bu zaman təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranmışdı. Həmin vaxt Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Aqarak şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırmışdı. Bundan sonra kütləvi həbslərə başlanılmışdı. Mxitar Zakaryan da həmin dövrdə həbs olunsa da, sonradan sərbəst buraxılmışdı. İndi isə Paşinyan həmin dövrdə onu tənqid edən şəxsləri bir-bir yolundan təmizləyir.

Qeyd edək ki, Zakaryanın da daxil olduğu “Ermənistan” seçki bloku keçən həftə öz nümayəndələrinə qarşı repressiyaların başladığını demişdi.