Sumqayıtda 20 yaşlı gənc dənizdə batdı - Video

sumqayitda-20-yasli-genc-denizde-batdi
Oxunma sayı: 244

Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.