Paşinyanı təhqir edən İrəvan sakini 1000 dollar cərimələndi

pasinyani-tehqir-eden-irevan-sakini-1000-dollar-cerimelendi
Oxunma sayı: 1228

Ermənistanın paytaxtı İrəvan şəhərinin sakini ölkənin Baş naziri Nikol Paşinyanı təhqir etdiyinə görə 1000 dollar cərimə olunub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sözügedən şəxs ötən ilin sentyabr ayında polisə zəng vuraraq Paşinyanın, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın və onların ailəsinin ünvanlarına seksual xarakterli təhqirlər səsləndirib. Buna səbəb isə həmin şəxsin ictimai nəqliyyatın işindən narazı olması olub.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, məhkəmədə günahını etiraf edib.