Paytaxt yollarının qardan təmizlənməsi davam edir - Fotolar

paytaxt-yollarinin-qardan-temizlenmesi-davam-edir
Oxunma sayı: 1749

Gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar küçə və prospektlərin qar və buzdan təmizlənməsini davam etdirib və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyət (BŞİH) məlumat yayıb.

Bildirilib ki, yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər – metro stansiyalarının qarşısı, avtobus dayanacaqları, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. İşlər gün ərzində davam etdirilir.

İş prossesində çəkilən fotoları təqdim edirik.