Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı

paytaxtin-3-kucesi-2-sutkadan-cox-bagli-olacaq
Oxunma sayı: 1523

Həftəsonu paytaxtın daha 3 ünvanında rahat gediş-gəliş üçün təmir aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Sözügedən ünvanlar aşağıdakılardır:

1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası);

2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası);

3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində).

Bildirilib ki, təmir işlərinə aprelin 24-ü saat 23:00-da başlanılacaq və aprelin 26-sı saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır.

“Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq. Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

Xəbəri rus dilində oxuyun: Три столичные улицы перекроют более чем на двое суток

Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, - məlumatda bildirilib.