Qalstanyanın həbs müddəti növbəti dəfə uzadıldı

qalstanyanin-hebs-muddeti-novbeti-defe-uzadildi
Oxunma sayı: 364

Ermənistan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha 2 ay uzadıb.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bununla onun həbs müddəti 4-cü dəfə uzadılmış olub.

Daha əvvəl Qalstanyanın həbs müddəti 3 dəfə uzadılmışdı. Ötən ilin avqustnoyabr aylarında arxiyepiskopun həbs müddəti 3 aylıq, bu ilin fevralında isə 2 aylıq uzadılıb. 

Xatırladaq ki, arxiyepiskop 2025-ci il iyunun 26-da saxlanılıb. O, terrorçuluq, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunub. Arxiyepiskop özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və baş verənləri siyasi təqib adlandırır. Eyni cinayət işi üzrə Ermənistan İstintaq Komitəsi daha 16 nəfər barəsində həbs qərarı verilməsi üçün məhkəməyə müraciət edib.