Bu ərazilərdə işıq olmayacaq

bu-erazilerde-isiq-olmayacaq
Oxunma sayı: 610

Sabah Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.