Gəncədə üç nəfər dərmandan zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, həmin şəxslərdən biri 1958-ci il təvəllüdlü İsmayılıov Alik ölüb.
Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onların da vəziyyəti ağırdır.
Hadisənin səbəbləri dəqiqləşdirilir.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aprelin 23-ü saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 1 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub: “Dərman vasitələrindən zəhərlənmə diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü pasiyentə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Həkim heyəti tərəfindən daha bir nəfər, 1958-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb”.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər