Paytaxtın uşaq evlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi - Fotolar

paytaxtin-usaq-evlerinde-usaqlarin-beynelxalq-mudafiesi-gunu-qeyd-edildi
Oxunma sayı: 974

Bakıdakı 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinləri üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  musiqili, əyləncəli bayram tədbirləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, uşaq evlərinin həyət­lərində, yaşıllıqlar qoynunda uşaqlar üçün süfrələr açılıb.

Buradakı tədbirlərdə təşkilatçılar balaca fidanlar üçün müxtəlif əyləncələr, şən musiqi və rəqs nö­mrələri ilə xoş ovqat yaşadıblar. Uşaqların qarşısında animatorlar və Dj-lər marağlı nömrələr və şoularla çıxış ediblər. Uşaqlar özləri də şən mahnı sədaları altında rəqs ediblər.

Maraqlı keçən şənliklər uşaqlar tərəfindən böyük sevinclə və gur alqışlarla qarşılanıb.