Pelosi siyasi karyerasını bu gün başa vura bilər

pelosi-siyasi-karyerasini-bu-gun-basa-vura-biler
Oxunma sayı: 1106

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi siyasi karyerasını noyabrın 4-də başa vura bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NBC” telekanalı Konqresdəki və Kaliforniya ştatındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, 85 yaşlı Pelosi təxminən 40 ildir təmsil etdiyi San-Fransiskodan gələn il Nümayəndələr Palatasına yenidən seçilməkdən imtina edə bilər. O, bu qərarı noyabrın 4-də yenidən bölüşdürmə təşəbbüsü ilə bağlı səsvermədən sonra elan edə bilər.

ABŞ Demokratik Partiyası 2026-cı il aralıq Konqres seçkilərində əlavə yerlər qazanmağa ümid etdikləri üçün bu cür islahatların tərəfdarıdır.

Pelosinin mətbuat katibi Yan Krager keçmiş spikerin Nümayəndələr Palatasına yenidən seçilmək niyyətində olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib.

O vurğulayıb ki, siyasətçi hazırda bütün diqqətini yenidən bölüşdürmə təşəbbüsünün təşviqi kampaniyasına cəmləyib.