Pentaqon Kiyevə silah tədarükü ilə bağlı görüş keçirəcək

pentaqon-kiyeve-silah-tedaruku-ile-bagli-gorus-kecirecek
Oxunma sayı: 1489

ABŞ NATO və Aİ müttəfiqləri ilə Ukraynaya sürətləndirilmiş silah tədarükü ilə bağlı görüşəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

Rayder bildirib ki, ABŞ müdafiə nazirinin silah tədarükü üzrə müşaviri Uilyam Laplantenin rəhbərliyi ilə bu həftə Brüsseldə 40-dan çox NATO və Aİ müttəfiqinin görüşü olacaq.

Onun sözlərinə görə, tərəflər Ukraynaya sürətləndirilmiş silah tədarükünü müzakirə edəcəklər.