“Pepsi” Şərurlu İsfəndiyarı məhkəməyə verdi

pepsi-serurlu-isfendiyari-mehkemeye-verdi
Oxunma sayı: 9535

“Pepsi” içkilərinin Azərbaycandakı rəsmi təmsilçisi "Mars Overseas" tanınmış iş adamı İsfəndiyar Axundova məxsus "Şərur MTK"nı məhkəməyə verib.

“Qafqazinfo”nun məlumatına görə, şirkət iş adamını müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. İddiaya görə, “Şərur MTK” "Mars Overseas”dan 3400 manatlıq “Pepsi” məhsulu alıb, lakin pulunu ödəməyib. Buna görə də şirkət Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundov ölkənin ən böyük tikinti maqnatlarından biri sayılır. O, Bakıda milyonlarla dəyəri olan bir çox binanın tikintisini həyata keçirən "Şərur MTK"-nın rəhbəridir.

“Mars Overseas” isə 1999-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərir. “Pepsi” məhsullarının Azərbaycanda istehsal və satış hüququna sahibdir.

***

"Şərur MTK"nın Mətbuat Xidmətindən bildirilib ki, MTK-nın nəzdində fəaliyyət göstərən "Həyat market"in rəhbəri Mətanət Əliyeva və oğlu Abbas Talıbov rəhbərlik etdiyi marketin adından bu və ya digər formada fərqli şirkət və sahibkarlara külli məbləğdə zərər vurublar. Onlardan biri də "Mars Overseas" şirkətidir. "Şərur MTK" həmin şəxslərin dələduzluq əməllər ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Amin Nəzərli