Perinatal Mərkəzdə yanğın - Video - Yenilənib

perinatal-merkezde-yangin
Oxunma sayı: 11075

Respublika Perinatal Mərkəzində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Həmçinin bu xəbəri oxuyun: Российское агентство «Интерфакс» использовало армянское клише - ПЛАЧ ПО «АРЦАХУ»

Yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

***

Yanğını FHN-in yanğından mühafizə bölmələri söndürüb.

Əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerini mühafizə edirlər.

“Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb. Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər”, - deyə məlumatda qeyd olunub.

***

Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Qeyd olunub ki, zəruri istintaq hərəkətləri aparılır, ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürlməsi və təxliyə tədbirlərinə FHN-in 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi cəlb edilib.