Pezeşkian Göy məsciddə namaz qıldı

pezeskian-goy-mescidde-namaz-qildi
Oxunma sayı: 5162

Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvandakı Göy Məsciddə namaz qılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqada “Mehr” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Göy Məscid 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb.

O, Şərq memarlığının nadir incilərindən sayılır. Məscid ermənilər tərəfindən dəfələrlə yandırılıb.

1990-cı illərdə məscid İran tərəfindən bərpa edilib və orada muzey yaradılıb.