Bu gün Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası və “Heydər Əliyevin Azərbaycan memarlığında izi” başlıqlı elmi-praktik konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, Türkiyə Respublikasının Fatih Sultan Mehmet Universitetinin doktorantı, memar-tədqiqatçı Aysel Hüseynova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, həmçinin rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdən əvvəl rayon ərazisinin girişində, Pirallahı Rayon İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı Sənaye Parkının yaxınlığında genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada rayon rəhbərliyi, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, məktəblilər də fəal iştirak ediblər. Hər bir məktəb öz şüarı ilə ayrılmış əraziyə daxil olaraq ağaclar əkib, onlara aqrotexniki qulluq göstərib. Daha sonra şagirdlər hazırladıqları şüarları böyük ruh yüksəkliyi ilə əraziyə yerləşdiriblər.
Aksiya çərçivəsində eldar şamı, zeytun və sərv ağacları olmaqla ümumilikdə 300 ədəddən çox ağac əkilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında “Heydər Əliyevin Azərbaycan memarlığında izi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Ümummilli lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
İlk olaraq çıxış edən Vasif İmanov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dövr Azərbaycan şəhərsalma və memarlığının inkişafında mühüm mərhələ təşkil edir.









Son xəbərlər
Son Xəbərlər