Pişiklər üçün koronavirus vaksini yaratdılar

pisikler-ucun-koronavirus-vaksini-yaratdilar
Oxunma sayı: 1400

Qazaxıstanda pişiklər üçün koronavirus vaksini yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən vaksinin pişiklər üzərində sınaqları keçirilib.

Bildirilib ki, Beynəlxalq Vaksin Mərkəzi tərəfindən pişiklər üçün yaradılan NARUVAX-C19 vaksini paytaxt Nur-Sultanda təşkil olunan Beynəlxalq Kənd Təsərrüfatı Yarmarkasında təqdim olunub.

Qeyd edilib ki, bəzi ev heyvanlarında, xüsusən pişiklərdə koronavirus riski yüksəkdir və bu heyvanların virusun mutasiyasına səbəb olmaq potensialı var.