Piyadanı vurub qaçan sürücü tutuldu - Vide

piyadani-vurub-qacan-surucu-tutuldu
Oxunma sayı: 2666

Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində baş verib. Müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə hadisəsini törədərək qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.