Polis ehtiyatsızlıqdan özünü öldürdü - Foto

polis-ehtiyatsizliqdan-ozunu-oldurdu
Oxunma sayı: 10791

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü öldürüb.

Bu barədə DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib. Məlumata görə, hadisə Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən baş verib.

Belə ki, o, xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb. Polis əməkdaşı dərhal DİN-in Hospitalına çatdırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq, İntiqam Çıraqovun həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin oxuyun: 35 yaşlı kişi qaynanası onlarda qaldığı üçün polisə şikayət etdi