Polis əməkdaşı ağır qəzaya düşüb öldü - Fotolar

polis-emekdasi-agir-qezaya-dusub-oldu
Oxunma sayı: 14458

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşın toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

Emin Səfərov