Polis silah-sursat aşkarladı

polis-silah-sursat-askarladi
Oxunma sayı: 289

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, fevralın 23-ü polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 1 qumbaraatan, 13 tüfəng götürüb.

Bundan başqa, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron da aşkar edilərək müvafiq qaydada götürülüb.

Tədbirlər davam etdirilir.