Polisə zəng edib adam bıçaqlayacağını dedi - Həbs edildi

polise-zeng-edib-adam-bicaqlayacagini-dedi
Oxunma sayı: 3796

Cəlilabad rayonunda polisə zəng edib cinayət törədəcəyini deyən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, bir neçə gün əvvəl kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Tağıyev (şərti ad soyadlı) DİN-in 102 xidmətinə zəng edərək Mahir adlı şəxsin ona pul borclu olduğunu və həmin şəxsi bıçaqlayacağını deyib.

Dərhal həmin şəxsin yaşadığı yer müəyyənləşdirilib. Polis əməkdaşları Z.Tağıyevin evinə gedərək onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət ediblər. Bu zaman o, polislərə müqavimət göstərib, həmçinin Mahir adlı şəxsin ünvanına söyüşlər söyüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib edilib. Saxlanılan şəxs polisə zəng edərkən sərxoş olduğunu bildirib.

Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə Z.Səlimova 5 sutka həbs cəzası verilib.