Polşa səfiri Gürcüstan XİN-ə çağırıldı - Yenilənib

polsa-sefiri-gurcustan-xin-e-cagirildi
Oxunma sayı: 2063

Polşanın Tbilisidəki səfiri Mariuş Maşkeviç Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Qeyd olunur ki, dilpomatın çağırılmasına səbəb eks-prezident Mixail Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikasındakı insidentlə bağlıdır.

Gürcü tərəfinin məlumatına görə, polşalı həkim ayaqqabının içində Saakaşvilidən götürülmüş analiz nümunəsini xəstəxanadan gizli çıxarmaq istəyirmiş.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hadisəni “biabırçı” adlandırıb: “Polşa hakimiyyəti izahat verməlidir”.

***

Polşanın Tbilisidəki səfiri Mariuş Maşkeviç Gürcüstan XİN-ə getməyib.

“Interpressnews” portalının məlumatına görə, buna səbəb onun Gürcüstanda olmamasıdır.

Bildirilir ki, Polşa səfiri hazırda öz ölkəsindədir. Bu səbəbdən səfirliyə onun vəzifələrini icra edən Mariuş Petr Jak gedib.