Portuqaliya Ermənistanı 9:1 uddu

portuqaliya-ermenistani-91-uddu
Oxunma sayı: 3433

DÇ-2026-nın Avropa seçmə mərhələsində növbəti oyunlar keçirilir.

“Qafqazinfo” xəbər verir ki, F qrupunda Portuqaliya yığması doğma meydanda Ermənistanı qəbul edib.

Qarşılaşma portuqalların 9:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Portuqaliya millisi DÇ-yə birbaşa vəsiqəni təmin edib. Qeyd edək ki, Fransa, İngiltərə və Xorvatiya da DÇ-yə vəsiqə qazanıb.