“PRAMAC”dan mühüm görüşlər

pramacdan-muhum-gorusler
Oxunma sayı: 1731

“PRAMAC” KOBİA, BP Azərbaycan, SOCAR, AZNEFT İstehsalat Birliyi, TƏBİB, “Nobel Energy”, “Bakı Metropoliteni” QSC, “PMD Projects”, “Baku Shipyard”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi qurum və şirkətlər ilə mühüm görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, İtaliya brendi və Avropanın 3-cü ən böyük generator istehsalçısı olan “PRAMAC” - dizel sənaye generatorları, qazla çalışan sənaye generatorları, telekommunikasiya generatorları, fərdi enerji blokları kimi kommersiya və sənaye sahələri üçün inteqrasiya edilən, davamlı və genişlənə bilən Enerji Ehtiyatı üsulları sistemini hazırlayır, iri sənaye ölkələrində təminatını və təhlükəsizliyini həyata keçirir.

Hindistan, Braziliya, Mərakeş, Fransa, İtaliya, BƏƏ, Bəhreyn, İngiltərə (UK), Avstraliya, Çin, Almaniya, Rumıniya, Polşa, İspaniyada iri mərkəzləri olan “PRAMAC”ın Azərbaycan bazarı üçün yeganə rəsmi tərəfdaşı “Baku Business Group”dur.

Beynəlxalq əməkdaşlıq sahəsində bir sıra sertifikatlı layihələrin reallaşdırılmasında xüsusi rolu olan BBG bu dəfə tək Azərbaycan bazarı üçün yox, həm də Gürcüstan bazarında aktivlik göstərəcək.

Qeyd edək ki, “PRAMAC” artıq neçə ildir Bakıda təşkil olunan “Formula-1”, həmçinin Qətərdə hər il keçirilən “Qatar Moto GP” yarışlarının əsas sponsorlarındandır.

Bu ildən bütün növ generatorların bir yerdə xidmət və təmiri ilə məşğul olacaq böyük servis mərkəzi qurulacaq.