Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib.
Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.
Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.



Son xəbərlər
Son Xəbərlər