“Prezident bütün variantları masada saxlayır”

prezident-butun-variantlari-masada-saxlayir
Oxunma sayı: 244

Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı ABŞ Prezidenti Donald Tramp və onun komandasının İrandakı gərginliyi anbaan izlədiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, mətbuat katibi Vaşinqtonun Tehranla bağlı hər bir variantı, o cümlədən hərbi müdaxiləni nəzərdən keçirdiyini diqqətə çatdırıb.

“Prezident bütün variantları masada saxlayır və vəziyyəti yaxından izləyir”, – deyə Livitt vurğulayıb.

Xatırladaq ki, ABŞ administrasiyası daha əvvəl İranda etirazlar fonunda ölkədən valyuta çıxaran və hakimiyyətlə işbirliyi edənləri sərt şəkildə tənqid etmişdi.