Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə getdi - Fotolar

prezident-iclasda-istirak-etmek-ucun-avaza-kompleksine-getdi
Oxunma sayı: 1050

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gedib.

“Qafqazinfo” xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Sonra Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.