Prezident Kamran İmanovu təltif etdi

prezident-kamran-imanovu-teltif-etdi
Oxunma sayı: 4902

Azərbaycan Prezidenti İlham Əliyev Kamran İmanovu təltif edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, K.İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.