Prezident KİV DF ilə bağlı sərəncam verdi

prezident-kiv-df-ile-bagli-serencam-verdi
Oxunma sayı: 1944

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, prezidentin verdiyi digər sərəncamda isə KİVDF-nin Müşahidə Şurası üzvləri təyin edilib. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin  6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

 Dövlət orqanlarından

Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi

Kütləvi informasiya vasitələrindən

Məcidov Rəşad Müseyib oğlu - 525-ci qəzet”in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu - “İki Sahil” qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu - Azərbaycan” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat  Fondunun sədri