Prezident Rəfiqə Hüseyn-zadəni işdən çıxardı

prezident-refiqe-huseyn-zadeni-isden-cixardi
Oxunma sayı: 13992

Azərbaycan Prezidenti İlham Əliyev SOCAR-ın daha bir vitse-prezidentini vəzifəsindən azad edib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. 

Sənədə əsasən, Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rəfiqə Hüseyn-zadə 2011-ci ildən SOCAR-da ekologiya üzrə vitse-prezident kimi işləyirdi. O, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin həyat yoldaşıdır.