Prezidentdən Aslan Aslanovla bağlı sərəncam

prezidentden-aslan-aslanovla-bagli-serencam
Oxunma sayı: 8419

Azərbaycan Prezidenti İlham Əliyev Aslan Aslanovu təltif edib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının bununla bağlı sərəncamına əsasən, mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri olan A.Aslanovun bu gün 70 yaşı tamam olur.