Prezidentdən Milli Qəhrəmanın həyat yoldaşı ilə bağlı - Sərəncam

prezidentden-milli-qehremanin-heyat-yoldasi-ile-bagli
Oxunma sayı: 7792

Prezident İlham Əliyevin sərəncamı ilə millət vəkili Flora Qasımova “Şöhrət” ordeni ilə təltif edilib. 

“Qafqazinfo” xəbər verir ki, Flora Qasımova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.
 
Qeyd edək ki, Flora Qasımova 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilib. O, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımıdır.