Prezidenti təbrik edirlər - Yenilənib

prezidenti-tebrik-edirler
Oxunma sayı: 2592

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, həm şəxsi həyatınızda, həm də dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Xorvatiya və Azərbaycan xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səylərimizlə qarşılıqlı dostluğu və ikitərəfli əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə davam edəcəkdir.

Sizə ən xoş arzularımı çatdırır, ölkənizin vətəndaşlarına tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Tacikistan Prezidenti Emoməli Rəhmon:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin.

Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.

Fürsətdən istifadə edərək Tacikistan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin daha da möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizi xüsusi olaraq qeyd etmək istərdim.

Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıx dostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgə təşviqini davam etdirəcəyik”.

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz doğma Vətəninizə yorulmadan və sədaqətlə xidmət göstərir, onun sistemli sosial-iqtisadi və ictimai-siyasi inkişafını, sabitliyini təmin edir, ardıcıl olaraq mühüm strateji təşəbbüslər həyata keçirirsiniz.

Qoy bütün planlarınız bundan sonra da həmvətənlərinizin yekdil dəstəyi ilə səmərəli şəkildə reallaşsın, Azərbaycan Respublikasında və beynəlxalq aləmdə sahib olduğunuz yüksək nüfuz əhəmiyyətli məqsədlərinizə çatmağınıza kömək olsun!

Çoxşaxəli Rusiya-Azərbaycan tərəfdaşlığı və qlobal sülh naminə Tatarıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə ümidvar olduğumu bildirirəm.

Sizə və yaxınlarınıza xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram”.

***

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə öz adımdan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından səmimi təbriklərimizi çatdırmaqdan və ən yüksək ehtiramımızı ifadə etməkdən şərəf duyuram.

Bu əlamətdar gün Sizin müdrik liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, sabitliyinə, beynəlxalq mövqeyinin möhkəmlənməsinə sarsılmaz sadiqliyinizi qeyd etmək üçün yaxşı fürsət yaradır. Zati-alinizin rəhbərliyi ilə Azərbaycan mədəniyyətlərarası dialoqa, sülhə, əməkdaşlığa və davamlı inkişafa böyük töhfələr verməklə İslam dünyasında və onun hüdudlarından kənarda fəal rol oynamaqda davam etmişdir.

ICESCO Azərbaycan Respublikası ilə xüsusilə təhsil, süni intellekt, mədəniyyət və irs sahələrində sıx və məhsuldar əməkdaşlığa böyük əhəmiyyət verir. Ortaq məqsədlərimizə və dəyərlərimizə nail olmaq üçün bu tərəfdaşlığı daha da möhkəmləndirməyə sadiq qalırıq.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və hörmətli ailənizə möhkəm cansağlığı, davamlı uğurlar və rifah arzulayıram. Həmçinin Sizin rəhbərliyinizlə dost Azərbaycan xalqına bundan sonra da tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, icazə verin, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim”.

***

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin gərgin əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb.

Çoxillik səmərəli fəaliyyətiniz, yüksək peşəkarlığınız və Vətənə sədaqətlə xidmətiniz həm həmvətənləriniz arasında, həm də ölkənin hüdudlarından kənarda Sizə böyük ictimai rəğbət və nüfuz qazandırıb.

Dağıstanda Azərbaycan Respublikası ilə əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tarixi səmərəli əməkdaşlıq yüksək dəyərləndirilir.

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2026-cı ildə Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

***

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri və məqsədlərə çatmaqda nümayiş etdirilən əzmkarlıq ali dövləti vəzifənizdəki uğurlu fəaliyyətinizi əvvəlcədən müəyyənləşdirir.

Sizin rəhbərliyinizlə aparılan islahatlar sayəsində Azərbaycan Respublikası dövlət institutlarının təkmilləşdirilməsi, davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, regionda və dünyada mövqelərinin möhkəmləndirilməsi yolunda inamla irəliləyir.

Fürsətdən istifadə edərək Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya əməkdaşlığının qorunması və dərinləşdirilməsi məsələlərində ardıcıl mövqeyinizə, MDB dövlətləri arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz şəxsi töhfəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Çox hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, rifah diləyir, bütün planlarınızın və təşəbbüslərinizin həyata keçməsində uğurlar arzulayıram”.

***

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsindəki çoxşaxəli fəaliyyətiniz Sizin görkəmli dövlət, siyasi və beynəlxalq xadim kimi böyük istedadınızı üzə çıxarıb.

Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və qətiyyətlə həyata keçirilməsi Sizə nüfuz, eyni zamanda xalqın hörmətini, etimadını, məhəbbətini qazandırıb.

Yüksək peşəkarlığınız, zəngin həyat təcrübəniz, ən mürəkkəb vəziyyətlərdə siyasi kompromislər tapmaq bacarığınız, çoxmillətli Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edən sosial siyasətin ardıcıl şəkildə həyata keçirilməsi beynəlxalq aləmdə yüksək nüfuz qazanmağınıza imkan verib.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanın rifahı naminə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində yeni uğurlar, əmin-amanlıq, sülh və tərəqqi arzulayır, həmçinin yaxınlarınıza ən xoş diləklərimi yetirirəm”.

***

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sankt-Peterburq Hökuməti və şəhərin sakinləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Siz parlaq siyasi xadim kimi atanızın - Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin böyük işini ləyaqətlə və inamla davam etdirirsiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan dövlət quruculuğu, iqtisadi rifah və beynəlxalq nüfuz sahələrində mühüm nailiyyətlər qazanıb, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib, Cənubi Qafqazda və Avrasiyada əsas güc mərkəzlərindən birinə çevrilib.

Sankt-Peterburq və Bakını uzun illərdir səmərəli əməkdaşlıq, ümumi tarixə, mədəniyyətə və insan talelərinə söykənən əsl qardaşlıq telləri bağlayır.

Biz Neva sahilində yerləşən şəhərdə böyük və fəal Azərbaycan diasporunun yaşaması, təhsil alması və işləməsi ilə qürur duyuruq. Muzeylərimiz, teatrlarımız, universitetlərimiz və müəssisələrimiz çoxsaylı birgə layihələrlə bir-birinə bağlıdır.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.

Qoy Sankt-Peterburq ilə Azərbaycan arasında dostluq əlaqələri hər il daha da möhkəmlənsin və dərinləşsin”.