Prezidentin dəhşətli terror hadisəsini eşitdiyi an - Foto

prezidentin-dehsetli-terror-hadisesini-esitdiyi-an-
Oxunma sayı: 11532

The Daily Mail nəşri Fransa prezidenti Fransua Ollandın ölkəsindəki məlum terror hadisəsindən xəbər tutanda verdiyi reaksiyanı əks etdirən fotonu yayıb.

“Qafqazinfo”nun məlumatına görə, şəkil çəkilən zaman Olland Fransa-Almaniya yoldaşlıq oyununun keçirildiyi “Stad de Frans” stadionunda olub.

Həmin vaxt stationa yaxın 3 ərazidə partlayış baş vermişdi. Bu dəhşətli xəbəri isə prezidentə onun cangüdəni çatdırıb.

Fransua Ollandın terror hadisələrini eşidən zaman verdiyi reaksiyanın fotosu:

Paylaşılan şəkillə əlaqədar olaraq sosial şəbəkələrdə 2001-ci ilin 11 sentyabr hadisələri də xatırlanır. Belə ki, istifadəçilər o zamanki ABŞ prezidenti kiçik Corc Buşun hadisəni eşidən zaman verdiyi reaksiyanın fotosunu da tirajlayırlar:

Xatırladaq ki, cümə günü Parisdə baş verən dəhşətli silsilə terror aktları nəticəsində 129 şəxs həlak olub. Fransada 3 günlük matəm elan olunub, fövqəladə vəziyyət elan edilib və ölkə sərhədləri bağlanıb.