Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

prezidentle-xanimi-qirgizistana-getdi
Oxunma sayı: 2086

Azərbaycan  Prezidenti İlham Əliyev bu gün Qırğız Respublikasına dövlət səfərinə gedib.

“Qafqazinfo” xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.