Priqojin döyüşçülərini Baxmutdan çıxarmağa başlayır

priqojin-doyusculerini-baxmutdan-cixarmaga-baslayir
Oxunma sayı: 2845

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti öz bölmələrini Baxmut şəhərindən çıxarmağa başlayıb. 

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Yevgeni Priqojin açıqlayıb. 

Həmçinin oxuyun: В июне 7 дней подряд будут нерабочими

Onun sözlərinə görə, şəhərdə mövqelər rusiyalı hərbçilərə təhvil verildikdən sonra bölmələrin Baxmutdan çıxarılması iyunun 1-nə qədər həyata keçiriləcək. 

Qeyd olunur ki, bu, Priqojinin “Vaqner” bölmələrinin Baxmutu tərk etməsinə dair ilk açıqlaması deyil. Belə ki, o bu barədə ilk məlumatı mayın 5-i elan etsə də, proses baş tutmayıb. 

Xatırladaq ki, Priqojinin daha əvvəlki açıqlamasına görə, “Vaqner” Baxmut uğrunda döyüşlərdə 20 min itki verib.