Prokuror “Avis”in direktoruna 11 il iş istədi

prokuror-avisin-direktoruna-11-il-is-istedi
Oxunma sayı: 2280

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avis" apteklər şəbəkəsinin direktoru Elmir Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək E.Məhərrəmovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, E.Məhərrəmov rəhbəri olduğu "Maymed" şirkətinin nəzdində fəaliyyət göstərən "Avis" apteklərində dərmanların qiymətinin süni formada artırılması ilə bağlı təqsirləndirilir.

Murad Əhməd