Müştərilərinə vəsaitlərinin etibarlı idarə edilməsi və artırılması istiqamətində daim etibarlı tərəfdaş olan “Expressbank” “Klassik əmanət” məhsulu üzrə yüksək faiz gəliri təklif edir.
İndi pulunu həm təhlükəsiz şəkildə qorumaq, həm də artırmaq istəyən hər kəs “Expressbank”da manat valyutasında 24 aylıq depozit yerləşdirərək müddətin sonunda illik 12% gəlir əldə edə bilər.
“Expressbank”da əmanət yerləşdirmək sizə nə vəd edir?
-Yüksək gəlir və vergi güzəşti: Cəlbedici faiz dərəcəsi ilə yanaşı, qüvvədə olan qanunvericiliyə əsasən, qeyd edilən şərtlər daxilində (18 ay və daha uzun müddət üçün yerləşdirilən əmanətlər) əldə olunan faiz gəlirləri vergidən azad olunur. Bu isə qazancın tam şəkildə müştəriyə qalması deməkdir.
-Əlçatan başlanğıc: Depozit hesabı açmaq üçün sadəcə 500 AZN yerləşdirmək kifayətdir.
-Dövlət zəmanəti: Banka yatırılan bütün depozitlər Əmanətlərin Sığortalanması Fondunun (ADIF) şərtlərinə uyğun olaraq sığortalanır.
-Beynəlxalq etimad: “Expressbank”ın etibarlı maliyyə institutu olması beynəlxalq səviyyədə təsdiqlənib. 2025-ci ildə "Fitch" beynəlxalq reytinq agentliyi Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla yenidən qiymətləndirərək onun maliyyə dayanıqlılığını təsdiq edib.
Klassik əmanət məhsulu haqqında daha çox məlumat üçün keçid edin!
“Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Son xəbərlər
Son Xəbərlər