Putin bu faizlə qalibdir - Yekun nəticələr - Yenilənib

putin-bu-faizle-qalibdir
Oxunma sayı: 4412

Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 15, 16 və 17-də ölkədə keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib.

Rusiya MSK-nın rəhbəri Ella Pamfilovanın sözlərinə görə, Putinə 76 277 708 nəfər səs verib.

Bununla yanaşı, Nikolay Xaritanov 4,31, Vladislav Davankov 3,85, Leonid Slutskiy isə 3,2% səs toplaya bilib. 

Ümumilikdə seçici fəallığı 77,49 faiz təşkil edib. 

***

Rusiya MSK ölkədə keçirilən prezident seçkilərinin nəticələrini təsdiq edib. Bununla da, V.Putin beşinci dəfə Rusiya prezidenti seçilib.