Putin bundan sonra onunla eyni təyyarədə uçmayacaq

Putin bundan sonra onunla eyni təyyarədə uçmayacaq
Oxunma sayı: 10711

Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyası səbəbindən  bundan sonra Baş nazir Mixail Mişustinlə eyni təyyarədə uçmayacaq və onunla eyni vaxtda işlərinin başından ayrılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı lideri “Rossiya-1” kanalına müsahibəsində deyib. O bildirib ki, bununla bağlı yeni qərar qəbul edib. Putin belə bir qayda qoymasını “Üzərimizdə ölkədə baş verənlərlə bağlı xüsusi məsuliyyət var” deyərək izah edib.

Rusiya Prezidenti Mişustin koronavirusa yoluxduğu zaman çox diqqətli hərəkət etmək məcburiyyətində qaldığını və iş qrafikini də həmin vəziyyətə uyğun qurmalı olduğunu söyləyib.

“İnsanlarla ünsiyyət qurmaq çox xoşuma gəlir. Ancaq bəzi şərtlər səbəbindən iş proqramımda dəyişiklik etməli oldum”, - deyə Putin bildirib.

Xatırladaq ki, Mixail Mişustin apreldə koronavirusa yoluxduğunu elan etmiş, mayda isə xəstəliyə qalib gəlmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi